Heydər Əliyev Fondu Gəncə məktəblərindən birini əsaslı təmir etdirir
Gəncə şəhərində Heydər Əliyev Fondu tərəfindən bir məktəbdə əsaslı təmir işləri aparılır, bir körpələr evinin də əsaslı təmiri nəzərdə tutulub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Sizinxeber.az"un Qərb bürosuna verilən məlumata görə, hazırda Heydər Əliyev Fondu tərəfindən Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə təmir işləri həyata keçirilir.
Təmir işlərinin bu ilin sentyabrına qədər yekunlaşdırılması və yeni tədris ilində məktəbin istifadəyə verilməsi gözlənilir.
Həmçinin Heydər Əliyev Fondu tərəfindən Gəncə şəhər 40 saylı Körpələr Evi - Uşaq Bağçasında da əsaslı təmir-tikinti işlərinin aparılması planlaşdırılıb.
Qeyd edək ki, Gəncə şəhərində 3 məktəbdənkənar, 42 məktəbəqədər, 45 ümumi, 1 xüsusi təhsil müəssisəsi fəaliyyət göstərir.
Onlardan 29 ümumtəhsil məktəbi, İnteqrasiya təlimli internat tipli gimnaziya, Uşaq Gənclər İnkişaf Mərkəzi, Gəncə İdman liseyi və 23 məktəbəqədər təhsil müəssisəsinin maddi-texnik bazası yenilənərək müasir tələblərə uyğun olaraq təmir olunub.
Xatırladaq ki, martın 6-da Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir işləri aparılan 37 nömrəli Tam Orta Məktəbdə görülən işlərlə tanış olub.
Oxşar xəbərlər
Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub
Gəncə lll MDB oyunlarına hazırlaşır: abadlıq və bərpa işləri aparılır
Bakıda bu doqquz məktəbdə tikinti və əsaslı təmir işləri aparılır
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












