Qazaxıstan və Azərbaycan alimlərin dəstəklənməsi üçün birgə qrant proqramları hazırlayır
sizinxeber.az xəbər saytı

Qazaxıstan və Azərbaycan alimlərin dəstəklənməsi üçün birgə qrant proqramları hazırlayır


Azərbaycan və Qazaxıstan elmi tədqiqatların maliyyələşdirilməsi üçün birgə qrant proqramları hazırlayır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Qazaxıstanın təhsil naziri Sayasat Nurbek bildirib.

"İki ölkənin Təhsil nazirlikləri alimlərin elmi tədqiqatlar üçün əlavə maliyyə vəsaiti ala bilməsi üçün birgə qrant proqramlarının yaradılması mexanizmini işləyib hazırlayır", - nazir qeyd edib.

O vurğulayıb ki, aparıcı universitetlər Qarabağ Universitetinə mütəxəssislərin göndərilməsi təşəbbüsünə laqeyd qalmayıb. "Biz Qarabağ Universitetində ingilis dilində dərs deyəcək 10-15 ən yaxşı müəllim göndərəcəyik", - S.Nurbek qeyd edib.

O, həmçinin ümidvar olduğunu bildirib ki, azərbaycanlı tələbələr hökumət tərəfindən hər il dövlət təqaüdünün ayrıldığı Qazaxıstanda təhsil almağa maraq göstərəcəklər.

Oxşar xəbərlər

Azərbaycanda bələdiyyələr qrant ala biləcək
Qazaxıstan və Azərbaycan ali təhsil sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq
Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı gücləndirir
Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər