Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb


"Navye Stoks bərabərliyi" tənliyinin həlli aviasiyada və digər bir çox sahələrdə istifadə oluna bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə azərbaycanlı professor Kamal Sultanov AMEA-da tənliklə bağlı keçirilən təqdimatda məlumat verib.

Onun sözlərinə görə, uzun illərdir həlli tapılmayan "Navye Stoks bərabərliyi" tənliyinin həlli haqqında məqaləsi "Springer" beynəlxalq elmi jurnalında çap edilib:

"Təxminən 40 ildən çoxdur "Navye Stoks bərabərliyi" tənlikləri üçün qoyulmuş "Dirixle" məsələsinin zəif həllərinin yeganəliyi üzərində işləyirdim. Araşdırmada ilk dəfə olaraq cırlaşmanın olduğunu qəbul edərək həllin mümkünlüyü və həllər sinfini müəyyən etdim. Burada əldə edilən nəticə NASA tərəfindən istifadə edilib".

K.Sultanov bildirib ki, 2015-ci ildə bu problemi həll etdiyini anlayıb və əldə etdiyi nəticəyə əsaslanaraq məqalə hazırlayıb, "arxiv.org" saytına yerləşdirib:

"Bu problemi həll etmək üçün tamamilə fərqli bir metoddan istifadə etdim. Bu yanaşma, adətən, yeganəliyin göstərilməsi üçün tətbiq olunan metodlardan köklü şəkildə fərqlənir. 2020-ci ildə bununla bağlı hazırladığım məqaləni dünyada bu tənlikləri araşdıran alimlərin hamısına və reytinqi yüksək olan bütün jurnallara ardıcıl şəkildə göndərdim. 2024-ci ilin payızında məqaləm çap olundu".

Oxşar xəbərlər

Azərbaycanlı alim riyazi tənliyi həll etdiyinə görə beynəlxalq mükafatlara namizəd göstərilə bilər
AMEA prezidenti: Elmi mükafatları ancaq inkişaf etmiş ölkələrin ala biləcəyinə dair mifi dağıtmalıyıq
Zaur Mikayılov: “Su ehtiyatlarına əlçatanlıq gender bərabərliyi ilə bağlıdır”
SİMA-nın yeni "Videozəng" həlli istifadəyə verildi
“Politico” 2025-ci ildə xarici siyasətdə ən gözlənilməz hadisələri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər