“Gənclərin peşə bələdçisi” layihəsinə başlanılır
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” layihəsinə start verilir.
Birlikdən "Sizinxeber.az"a verilən məlumata görə, layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün “gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir.
Peşə təhsilli kadrlara müasir iş bazarında xüsusi ehtiyac olmasını, eləcə də gənclərin bu sahəyə marağının aşağı olduğunu nəzərə alaraq, layihə çərçivəsində 23-35 yaş aralığında 20 gənc lider və məktəb müəllimlərini - multiplayerləri seçərək onlar üçün iki aylıq intensiv təlimlər, 5 günlük düşərgənin təşkili və Lənkəran Peşə Təhsil Mərkəzinə “təhsil səfəri” də nəzərdə tutulmuşdur. Bu təlimlər peşə təhsilinin təşviqi, gənclərin bacarıqlarının kəşfi və motivasiyasının artırılması mövzularını əhatə edəcək.
Təlim proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt və bölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyən qızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamanda valideynlərlə birbaşa görüşlər keçirəcəklər. Bu görüşlərdə ilkin məlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları təşkil ediləcək.
Layihənin davamlılıq hissəsində, iştirakçılar bölgələrdəki gənclərlə qurulan əlaqələr vasitəsilə peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini davam etdirəcək, bəzən onlayn sessiyalar keçirərək dəstəyi davam etdirəcəklər.
Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsi ilə maarifləndirmə prosesinin uzun müddət davam etməsi, eləcə də peşə təhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcəkdir.
Müraciət etmək istəyən şəxslər martın 10-dək qeydiyyatdan keçə bilər:
Oxşar xəbərlər
Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib
Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib
Nazir müavini Kənan Kərimzadə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində olub
Simnar Mamedov: Peşə təhsili verən müəllimlərin rəqəmsal bacarıqları yenilənməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
