Fevralın 28-də yeddi planet günəşin bir tərəfində düzüləcək
Fevralın 28-də Günəşin bir tərəfində yeddi planet düzüləcək və onların əksəriyyəti bütün gecəni adi gözlə görünəcək.
APA xəbər verir ki, bunu Sankt-Peterburqda yerləşən Tətbiqi Astronomiya İnstitutunun baş elmi işçisi Nikolay Jeleznov deyib.
O həmçinin bildirib ki, növbəti dəfə səmada belə düzülüş 2161-ci ilin mayında təkrarlanacaq.
"Dörd və ya beş planetin düzülüşü demək olar ki, hər il baş verir, lakin yeddi planetin Günəşin bir tərəfində olacağı növbəti böyük düzülüş 2161-ci il mayın 19-da baş verəcək", - o bildirib.
O, fevralın 28-də axşam saatlarında Saturn, Merkuri, Venera, Yupiter və Marsın adi gözlə görünəcəyini, Uran və Neptun isə durbin və ya həvəskar teleskopla müşahidə oluna biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Bu il 3 dəfə “Planetlərin böyük paradı” müşahidə olunacaq
Sabah səmada "planetlərin paradı" başlayır
Yer kürəsinin sakinləri avqustun 28-də altı planetdən ibarət paradı izləyəcəklər
Yer sakinləri bu gün 6 planeti eyni vaxtda görə biləcəklər
Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












