Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
fev
2025
16:30
0
0
1 049
ff aaaaaaa

Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

09 fev, 2025
16:30
1 049

Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

Bu barədə "Report"a DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 207 namizəd iştirak edib

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.

Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul