Ötən il 194 zal nəzarətçisi neqativ hallara yol verdiyinə görə DİM-in bazasından çıxarılıb
Ötən il birbaşa imtahanla bağlı neqativ hallara yol verdiyi üçün 194 nəfər zal nəzarətçiləri bazasından xaric olunub.
Bu barədə “Sizinxeber.az”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, həmin nəzarətçilər 2024-cü il ərzində imtahanlarda köçürməyə şərait yaratmaq, materialların səhv paylanılması, etik davranış qaydalarının pozulması, imtahana gəlməmək, zalda imtahan rəhbəri tərəfindən mobil telefonun aşkar edilməsi və s. kimi hallara yol verdiklərinə görə DİM-in zal nəzarətçisi bazasından çıxarılıblar.
Mərkəzin məlumatında qeyd edilib ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 661 nəfərdən ibarət olub. Onlardan 4 min 41 nəfəri - ümumi bazanın 25,8%-i zal nəzarətçisi sertifikatı almış şəxslərdir.
Ötən il respublika üzrə imtahanlara 14 min 428 nəzarətçi 55 min 133 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 3,8 dəfə imtahana cəlb edilib.
2024-cü ildə imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 90,3%-nin fəaliyyəti əla, 6,5%-nin yaxşı, 0,6%-nin kafi, 0,7%-nin isə qeyri-kafi qiymətləndirilib. Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2 min 901 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, beş imtahan rəhbəri fəxri fərmanla təltif edilib.
Oxşar xəbərlər
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib - YENİLƏNİB
Bu gün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
Azərbaycan Ordusunda neqativ hallara qarşı ciddi tədbirlər görülüb
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin vaxtı məlum olub
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
