Koreyanın Azərbaycandakı səfirliyi Təqaüd Proqramının başlandığını elan edib
Koreya Respublikasının Azərbaycandakı səfirliyi Qlobal Koreya Təqaüd Proqramına (Global Korea Scholarship – GKS) 2025-ci il üzrə müraciət prosesinin başlandığını elan edir.
Bu barədə “Sizinxeber.az” diplomatik missiyadan məlumat verilib.
Proqram magistratura, doktorantura və tədqiqat sahələrini əhatə edərək müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı təqdim edir.
Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları 5 mart 2025-ci il tarixinədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər universitetlərə birbaşa müraciət etməklə də proqramda iştirak edə bilərlər.
Təqaüd proqramı ilə bağlı ətraflı məlumatı (tələb olunan sənədlər, iştirak şərtləri və s.) aşağıdakı vasitəsilə əldə etmək mümkündür.
Proqramla bağlı əlavə suallar yaranarsa, Koreya Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamaq olar: Email: [email protected].
Oxşar xəbərlər
Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir
Bu il 500 tələbə xaricdə təhsil ala biləcək
Macarıstanda təqaüd proqramına müraciət başa çatır
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb
Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












