MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
avq
2024
18:30

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb

08 avq, 2024
18:30
923

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Təhsil İnsitutu məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Bizimlə əlaqə saxlayın