Nazir müşaviri: Tələbə təqaüdlərinin artırılması təhsil imkanlarına müsbət təsir edəcək
Azərbaycanda bütün tələbələrin təxminən 50 faizdən çoxu təqaüd alır. Bu, təhsilin müxtəlif pillərinə aiddir.
Sizinxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
O qeyd edib ki, təqaüdlər sonuncu dəfə 2023-cü ildə artırılıb:
“Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
Oxşar xəbərlər
Tələbə təqaüdlərinin məbləği artırılıb
Nazirlik: Azərbaycanda bütün tələbələrin təxminən 50 faizdən çoxu təqaüd alır
Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır
Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb
981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













