İtaliya səfiri və ADA-nın rektoru təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər
sizinxeber.az xəbər saytı

İtaliya səfiri və ADA-nın rektoru təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər


İtaliyanın Bakıdakı səfiri Luka di Canfrançesko ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşü zamanı təhsil sahəsində əməkdaşlıq və İtaliya-Azərbaycan Universitetinin fəaliyyətini müzakirə edib.

"Report" xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Rektor H.Paşayevlə ADA Universitetində məhsuldar görüş keçirildi, İtaliya-Azərbaycan Universitetinin gələcək kampusuna baş çəkildi", - səfir qeyd edib.

Diplomat "akademik əməkdaşlığın" da müzakirə olunduğunu əlavə edib.

Məlumat verildiyi kimi, Bakıda İtaliya-Azərbaycan Universitetinin yeni binası 2025-ci ilin sentyabrına qədər açılacaq. Yeni tədris ilindən burada 160 tələbə təhsil alacaq.

ADA İtaliyanın Bakıdakı səfirliyi ilə əməkdaşlıq edir və layihə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.

Oxşar xəbərlər

İtaliya səfiri ADA Universitetinin rektoru ilə görüşüb
Türkiyə səfiri ADA Universitetinin rektoru ilə akademik əməkdaşlığı müzakirə edib
Hafiz Paşayev: ADA Universitetinin Şəki kampusu İtaliya-Azərbaycan münasibətlərinə növbəti töhfədir
İtaliya səfiri Kərim Vəliyevlə müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Qazaxıstan və Azərbaycan ali təhsil sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle