Sabahdan peşə məktəblərinə qəbul başlayır
Sabahdan peşə təhsili üzrə qəbul prosesi başlayır.
Sizinxeber.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə deyib.
O bildirib ki, peşə təhsili üzrə tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Peşə təhsili almaq istəyən şəxslər 22 iyul-11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Qəbul 152 ixtisas üzrə olacaq.
Ceyhun Kərəmov qeyd edib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötür.
Onun sözlərinə görə, 2020-ci ildən bəri peşə təhsilinə maraq 71.5% artıb: “2025/2026-cı tədris ili üçün ümumi qəbul planı üçün 32,620 yer ayrılıb. Onun 75%-i dövlət sifarişi, 25%-i isə ödənişli əsaslar üçün nəzərdə tutulub. Bundan əlavə, dövlət sifarişli yerlər əvvəlki illərlə müqayisədə artaraq 24,280-ə çatıb. Qəbul yerlərinin 60%-i regionlar üçün nəzərdə tutulub. Ən çox plan yeri isə aşpaz, dərzi, elektrik montyoru, mühasib, bərbər-vizajist ixtisaslarına ayrılıb”.
Qəbul planının 92%-i Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisələr üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib
Agentlik: Peşə təhsili almaq üçün 16 mindən çox şəxs müraciət edib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib
Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılır
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
