Ağdamda açılışı olan bağçada təlim-tərbiyənin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb
sizinxeber.az xəbər saytı

Ağdamda açılışı olan bağçada təlim-tərbiyənin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb


Ağdamda açılışı olan 1 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyənin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb.

Bunu “Sizinxeber.az”un Ağdama ezam olunan əməkdaşına Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Sənan Mənsimli təhsil müəssisə ilə bağlı danışarkən deyib.

O xatırladıb ki, 160 yerlik bağçanın inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.

Məlumat verilib ki, məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.

İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də bağçanın açılışında iştirak edib.

Oxşar xəbərlər

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək
Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək
Bakının Xətai rayonunda Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle