sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sahil Babayev: "Yüksəliş" müsabiqəsi həm biznes, həm də dövlət sektorunda böyük dinamizm yaradıb
"Yüksəliş" müsabiqəsi bu 5 il ərzində həm biznes, həm də dövlət sektorunda böyük dinamizm yaradıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "Yüksəliş" qaliblərin həyatına yeni bir düşüncə gətirəcək:
"Bu dövr ərzində mentorluq etdiyim şəxslərin sayı 100-dən çoxdur. Görünür ki, Azərbaycanda potensiallı gənclər inkişaf edir. Bu gün dövlət tərəfindən atılan addımlara nəzər salsaq, elm və təhsil sahəsində həyata keçirilən layihələr göstərir ki, Azərbaycan hökumətinin məqsədi insan kapitalının inkişafıdır. Bu tipli müsabiqələr böyük bir təşəbbüsdür".
Oxşar xəbərlər
Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub
“Yüksəliş” müsabiqəsinin kadr bankında 3109 nəfər var
Fərhad Hacıyev: V "Yüksəliş" müsabiqəsinə qeydiyyat sayı rekord həddə olub
“Yüksəliş” müsabiqəsi "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı olub
2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













