DİM sentyabrdan ictimaiyyət üçün açıq müzakirələr təşkil edəcək
sizinxeber.az xəbər saytı

DİM sentyabrdan ictimaiyyət üçün açıq müzakirələr təşkil edəcək


Dövlət İmtahan Mərkəzi (DİM) bu ildən ictimaiyyət üçün açıq müzakirələrə başlayacaq.

"Report" xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, DİM elmi statistik təhlilləri qaydalı şəkildə həmişə açıqlayır:

"Yeni islahatlar üçün həmişə təhlillər olmalıdır. Ona görə də statistikaları həmişə açıqlayırıq ki, ictimaiyyət məlumatlı olsun. Odur ki, hər ay ictimaiyyəti maraqlandıran mövzuları seçib ayda bir gün ictimai müzakirələr aparacağıq. Sentyabrdan belə ictimai müzakirələr başlayacaq və hər ay mövzular fərqli olacaq".

Oxşar xəbərlər

Sentyabrda Peşəkar Mühasib Sertifikatı imtahanı elektron formada olacaq
DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
COP29-un "Yaşıl Zona"sı noyabrın 11-də fəaliyyətə başlayacaq, ictimaiyyətə açıq olacaq
Məleykə Abbaszadə beynəlxalq sertifikasiya proqramlarının universitetlərdə olmasını təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle