Nazir məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Nazir məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə münasibət bildirib


Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sizinxeber.az xəbər verir ki, nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələri bağlanacaq deyə bir şey yoxdur.

“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Ölkədə bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, - nazir qeyd edib.

Oxşar xəbərlər

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil - RƏSMİ
Azərbaycanda 56 mindən artıq müəllimin əmək haqqı artırılıb
Emin Əmrullayev: Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır
Nazir: Sübut olmadıqda işdən çıxarılan direktor məhkəmə yolu ilə bərpasını tələb edir
Xarici dil müəllimlərindən 12%-i sertifikasiya imtahanlarında uğur qazana bilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle