sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bu il 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib
Bakı şəhərində uşaq bağçalarına növbədə olan valideynlərin sayı 20 minə yaxındır.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
“Lakin şəhərdə kifayət qədər yer olmadığı üçün bu tələbatı tam şəkildə ödəmək mümkün deyil. Burada əsas məsələ tənzimləmə ilə bağlıdır. Əgər bağçalardakı yerlərin sayı uşaqların sayından azdırsa, o zaman necə çalışsaq da, təxminən 20 min uşaq bağçadan kənarda qalacaq”, - nazir qeyd edib.
Nazir onu da qeyd edib ki, 6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.
Oxşar xəbərlər
Beş məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq edilib
Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
Ötən il 36 məktəb direktoru işdən azad edilib
Azərbaycanda 56 mindən artıq müəllimin əmək haqqı artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













