İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub
sizinxeber.az xəbər saytı

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub


İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.

"Report" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq əmrlə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib.

Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Məlumat üçün bildirək ki, H.Əyyubova keçən ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.

G.Kərimova isə yeni təyinatadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Gəncədəki Regional Kollecə yeni direktor və müavin təyin olunub
Regional kollecdə yeni təyinatlar olub
Kolleclərə direktor müavinləri təyin olunub
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub
Beş kollecin direktoru işdən çıxarılıb, yerinə təyinatlar olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər