DİM sədri: Gələcək 5 il ərzində bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq
Biz gələcək 5 il ərzində bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq.
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.
"Bu, bir tərəfdən yaxşı haldır. Digər tərəfdən isə müəyyən problemlər yaradır. Belə sistem bütün dünyada mövcuddur", - Məleykə Abbaszadə əlavə edib.
Məleykə Abbaszadə bildirib ki, bəzən bəzi imtahanlarda müəyyən dələduzluq məsələləri olur: "Biz elektron formaya keçəndə belə halların olmasını istəmirik. Məhz buna görə də bu sistemə yavaş-yavaş keçid edirik. Kontingenti 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirəcəyik. Amma 20 minə çatan imtahanların isə hələlik kağız üzərindən təşkil olunması nəzərdə tutulur".
Oxşar xəbərlər
Məleykə Abbaszadə: Bir sıra onlayn beynəlxalq imtahanlarda dələduzluq hallarına rast gəlinir
Məleykə Abbaszadə: Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur
"Marker müəllim azdır, buna görə imtahanların cavabı gec yoxlanılır" - DİM sədri
Məleykə Abbaszadə: Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək
Məleykə Abbaszadə ali məktəblərə qəbul olmuş şəxslərə çağırış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













