Məleykə Abbaszadə: Bir sıra onlayn beynəlxalq imtahanlarda dələduzluq hallarına rast gəlinir
sizinxeber.az xəbər saytı

Məleykə Abbaszadə: Bir sıra onlayn beynəlxalq imtahanlarda dələduzluq hallarına rast gəlinir


Kontingenti (imtahan verənlər – red.) 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirməyi nəzərdə tutulur.

“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi ilə bağlı keçirilən tədbirdə deyib.

M.Abbaszadə əlavə edib ki, kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq:

Onun sözlərinə görə, qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur:

“Bu, bir tərəfdən müsbət haldır, digər tərəfdən isə bəzi çətinliklər yarada bilər. Elektron imtahanlarla bağlı problemlər təkcə bizdə deyil, bütün dünyada mövcuddur. Hazırda bir sıra beynəlxalq imtahanlar onlayn keçirilir və biz bilirik ki, həmin imtahanlarda dələduzluq hallarına rast gəlinir. Bu imtahanlar nəticəsində əldə olunan sertifikatlara tam etibar etmək olmur. Belə halları ötən il də, bu il də aşkarlamışıq. İstəmirik ki, bizim imtahan sistemində də bu cür hallar yaşansın. Buna görə də mərhələli və ehtiyatlı şəkildə addımlar atırıq”.

Oxşar xəbərlər

DİM sədri: Gələcək 5 il ərzində bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq
Məleykə Abbaszadə: Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur
Məleykə Abbaszadə: Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək
DİM sədri: Bayramdan sonra imtahan qrafikinin açıqlanması nəzərdə tutulur
DİM sədri: Rus bölməsi üçün Azərbaycan dili imtahanları rəqəmsallaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər