Memarlıq və İnşaat Universitetinin rektoru: Bu gün Qarabağda işləyənlərin çoxu bizim məzunlardır
Memarlıq və İnşaat Universitetində tədris olunan ixtisaslar aktuallığını saxlayacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib.
"Mühəndis ixtisasları daim yenilənir. Odur ki, gənclərimiz daim öyrənməlidir. Bizim ixtisaslar bu gün aktualdır. Sabah da aktual olacaq. Çünki Qarabağ yenidən qurulur. Bu gün Qarabağda işləyənlərin çoxu bizim məzunlar - inşaaatçılar və digər ixtisas sahibləridir", - o vurğulayıb.
Rektor bildirib ki, bu il 2400-dən çox gənc Memarlıq və İnşaat Universitetindən məzun olur:
"Ötən illər ərzində universitetdə çox işlər görülüb. Universitet və kollecimizdə 12 mindən çox tələbə təhsil alır. Bizim dünyanın müxtəlif universitetləri ilə əməkdaşlığımız var".
Oxşar xəbərlər
Bəzi ali təhsil müəssisələrində 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib
Rektor: Qarabağ Universitetində yeni ixtisaslar və fakültələr yaradılacaq
Rektor: Qarabağ Universitetinin inkişafı üçün müxtəlif istiqamətlərdə işlər görülür
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
BP Azərbaycan Memarlıq və İnşaat Universitetində üç yeni laboratoriya açıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













