“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti uzadılıb
sizinxeber.az xəbər saytı

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti uzadılıb


“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti iyulun 10-u tarixinədək uzadılır.

Bu barədə "Sizinxeber.az"a Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, foto və video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.

Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.

Oxşar xəbərlər

Elm və Təhsil Nazirliyi tərəfindən foto-video müsabiqəsinə start verilir
Mikayıl Cabbarovun qoluna nə olub?
Laborantların işə qəbulu üçün qeydiyyat müddəti uzadılıb
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə məktəb direktorlarının yerdəyişməsi müsabiqəsi başlayıb
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər