Nazir: Fənn Olimpiadalarında iştirakçı sayı 80 minə çatıb
sizinxeber.az xəbər saytı

Nazir: Fənn Olimpiadalarında iştirakçı sayı 80 minə çatıb


“Olimpiadalar hər il böyük maraqla keçirilir. Olimpiada qalibi olmaq isə həmyaşıdlarından fərqlənmək deməkdir”.

Sizinxeber.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı səsləndirib.

Nazir olimpiada qaliblərini təbrik edib: “Siz həmyaşıdlarınızın cəmi 0.1 faizini təşkil edirsiniz. Bu, böyük məsuliyyətdir. Siz bu məsuliyyəti heç vaxt unutmamalısınız. Bu nailiyyət həm fərdi, həm də ictimai məsuliyyət yaradır. Malik olduğunuz bu fitri istedadla yalnız özünüz üçün deyil, həm də cəmiyyət və Vətən üçün faydalı işlər görməlisiniz.”

Emin Əmrullayev qeyd edib ki, əvvəllər Respublika Fənn Olimpiadalarında cəmi 1000 nəfər iştirak edirdi: “Hazırda isə bu rəqəm 80 minə çatıb. Bu olduqca müsbət haldır”.

Nazir bildirib ki, istedadlı gənclərlə işləmək və onların inkişafını təmin etmək əsas prioritetlərdən biridir.

“Son bir-iki ildir IV sinfin sonunda monitorinqlər keçirilir. Bu isə 100 mindən artıq şagirdin qiymətləndirilməsi deməkdir. Çünki ibtidai sinfin sonunda biz şagirdlərin potensialını əvvəlcədən müəyyən edə bilirik”,- deyə o qeyd edib.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarında məktəblilər ümumilikdə 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Nazir: Olimpiada qalibi olmaq həmyaşıdlarından fərqlənmək deməkdir
Nazir: Gələn ildən diaqnostik qiymətləndirmələrdə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik
DİM olimpiada, beynəlxalq müsabiqə və yarış qaliblərinə çağırış edib
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Emin Əmrullayev: Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər