Azərbaycanda “Son zəng” qeyd edilir
sizinxeber.az xəbər saytı

Azərbaycanda “Son zəng” qeyd edilir


Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir.

Sizinxeber.az xəbər verir ki, 15 sentyabrda başlayan 2024-2025-ci tədris ili 14 iyunda başa çatır.

Elm və Təhsil Nazirliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib.

2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur. Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.

2024-2025-ci tədris ilində işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

Oxşar xəbərlər

Sabah işğaldan azad edilən rayonlardakı məktəblərdən 84 nəfər məzun olacaq
Bu gün Azərbaycanda ilk dərs günüdür
Bakı məktəblərini 80 mindən çox şagird bitirir
Bu il 116 min 222 şagird məzun olur
“Son zəng” iyunun 14-də keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər