MÜTDA  “Son zəng” tədbirləri ilə bağlı çağırış edib
sizinxeber.az xəbər saytı

MÜTDA “Son zəng” tədbirləri ilə bağlı çağırış edib


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Son zəng” tədbirləri ilə bağlı çağırış edilib.

"Sizinxeber.az" xəbər verir ki, çağırışda deyilir:

"14 iyun tarixində ölkənin bütün tam orta ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” çalınacaq. Bu münasibətlə bütün məzunlarımızı, onların yaxınlarını və müəllimlərini təbrik edirik!

Xatırladırıq ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb. Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır".

Oxşar xəbərlər

Agentlik "Son zəng"lə bağlı bir daha xəbərdarlıq edib
MÜTDA: "Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz
Məktəblərdə “Son zəng” tədbirlərinin keçiriləcəyi tarix açıqlanıb
MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər