Agentlik "Son zəng"lə bağlı bir daha xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

Agentlik "Son zəng"lə bağlı bir daha xəbərdarlıq edib


“Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Məktəblərə "Son zəng"ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
“Son zəng” iyunun 14-də keçiriləcək
MÜTDA "Son zəng"lə bağlı xəbərdarlıq edib
BŞTİ: 207 saylı məktəbin direktorunun "Son zəng" üçün vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq
Agentlik: “Son zəng”də bayağı musiqiyə görə işdən çıxarılan direktorun əmək müqaviləsi bərpa olunmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər