Sizin Reklamınız Burada ola bilər!
Əliyevə təqdim olunan kitabda nələrdən bəhs edilir?
Əliyevə təqdim olunan kitabda nələrdən bəhs edilir?

Əliyevə təqdim olunan kitabda nələrdən bəhs edilir?

Oktyabrın 11-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri dostluq, qardaşlıq rəmzləri ilə yadda qalıb. Görüşdə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə “Qırğızlar” haqqında kitab hədiyyə edib. Kitab 4 dilə tərcümə edilib. Nəşr Azərbaycan dilinə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çevrilib.

Fonddan Kult.az-a bildirilib ki, kitabda qırğızların adət-ənənələri, tarixi, dahi şəxsiyyətləri haqqında məlumat toplanıb.

Kitabın Çingiz Aytmatov haqqında hissəsində yazıçının Bakıya səfəri barədə belə yazılıb: “Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci il yazıçının 80 illik yubileyi ilə əlaqədar Qırğızıstanda “Çıngiz Aytmatov” ili elan olunmuşdu. Dünyaşöhrətli yazıçının birinci və axırıncı yubiley mərasimi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bakıda keçirilib. Bakıda keçirilən yubiley mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Aytmatovu qəbul edib, onu “Dostluq” ordeni ilə təltif edib”.

Qeyd edək ki, kitabın müəllifi Kanıbek İmanaliyevdir. Kitabı Azərbaycan dilinə Munisə Dadaşqızı tərcümə edib, redaktoru Vəli Əkbərdir.

Prezident İlham Əliyevə təqdim edilən Heydər Əliyev haqqında albomun materialları və görüş zamanı nümayiş etdirilən “İki dahi şəxsiyyət” filmi də Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə hazırlanıb. Filmdə Heydər Əliyevin Qırğızıstan səfərinə aid videomaterillardan istifadə edilib.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Əliyevə təqdim olunan kitabda nələrdən bəhs edilir?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica