ilbet
“Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı oldu

“Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı oldu

Abunə Ol
Dekabr 27, 2021 16:56
“Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı oldu
0

BƏYƏNDİM

ABUNƏ OL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yaradılmasının 103 illiyi ilə əlaqədar Nazirlik tərəfindən hazırlanmış “Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi keçirilib.

“Əlillik qüsur deyil” kitab-albomunun təqdimat tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizdə icra edilən sosial siyasətin əsas istiqamətləri barədə məlumat verib. Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişləndiyini, sosial ödənişlərdə artımların ardıcıl xarakter aldığını diqqətə çatdırıb.

O, 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında rolunu xüsusi vurğulayıb.

Tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə də tanış olublar.








WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.