Sizin Reklamınız Burada ola bilər!
Əli Mirəliyev: “O hacıdan bu hacıya keçir, sonra da Xalq artisti adı alırlar”
Əli Mirəliyev: “O hacıdan bu hacıya keçir, sonra da Xalq artisti adı alırlar”

Əli Mirəliyev: “O hacıdan bu hacıya keçir, sonra da Xalq artisti adı alırlar”

Əli Mirəliyev: “O hacıdan bu hacıya keçir, sonra da Xalq artisti adı alırlar”
Sosial şəbəkələr vasitəsilə reklam və antireklamla gündəmə gələn ulduzlarımız az deyil.
Bəziləri isə etiraf edirlər ki, yayılan videolar gizli çəkilişlər əsnasında olub. Bəs reallıq bizə nəyi göstərir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən müğənni Əli Mirəliyev söyləyib ki, məşhur qəzəldə belə bir misra var:
“Özünə güvənən xanəndə dəfsiz, 
Tar çalan da kamançasız olmasın.
Yəni, sosial şəbəkələr vasitəsilə gündəmə gələn ifaçıların sənət anlayışları yoxdur. Kiməsə əxlaqsız video şəkillər çəkdirib sosial şəbəkələrə atır sonra da deyirlər ki, xəbərimiz yoxdur”. 
Müğənni əlavə edib ki, belələri namussuzluq edib camaatı aldadaraq pul qazanırlar. Onlar toy tutmaq üçün sənətlə məşğul olmağa görə hər şey edirlər:
“Kişilər qadın yolu ilə, qadınlar isə kişi yolu ilə getməyə başlayırlar. Əxlaqsız videolarını qəsdən internetə atdırıb sonra da deyirlər ki, xəbərim yoxdur”.
Əli Mirəliyev iddia edib ki, müğənnilərin bəyan etdikləri toy qiymətləri şişirtmə və reallıqdan uzaqdır:
“Onların toylara getməsi ilə bağlı yazdıqları qiymətlərin hamısı yalandır. 500-1000 manata toya gedənlər qiyməti şişirdib 10 min göstərirlər ki, bahalı villaların haqq-hesabı soruşulanda utanmasınlar. Amma sonra da toy yiyəsinə deyirlər ki, ancaq sizin üçün bu qiymətə gəlmişik. Soruşan olsa deyərsən ki, 8 minə gəlib. Ümumiyyətlə müğənnilərin çoxu yuxuda hansı rəqəmi görürsə durub toy qiymətinin altına yazır”.
Əli Mirəliyev bəzi müğənnilərin həyat tərzinin sənətkarlığa heç uyğun gəlmədiyinə də toxunub: 
“Bəzi xanım ifaçılar hacılarla eşq yaşayaraq qazandığı pulları ört-basdır etmək üçün müğənniliyi əllərində bayraq edirlər. Beləcə o hacıdan başqa hacıya keçir, amma oxumağı öyrənmirlər. Sonra da gəlib xalqın sənətkarı adı alırlar. 50 ildir müğənnilik edib toylara gedirəm, cəmi bir dənə “çeşka” maşınım var. Etiraf edim ki, onu da öz pulumla almamışam. Mənə kiminsə yazığı gəlib hədiyyə edib. Amma elə müğənnilərimiz var ki, 100 minlik maşından bir neçəsini sürürlər”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Əli Mirəliyev: “O hacıdan bu hacıya keçir, sonra da Xalq artisti adı alırlar”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica