Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Əli Əsədov Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Əli Əsədov Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Əli Əsədov Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Əli Əsədov Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Azərbaycan Baş naziri Əli Əsədov iyunun 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olundu.
Eyni zamanda B.Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulandı. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərin, kənd və şəhərlərimizin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edildi.
İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı. Bu baxımdan Ələt azad iqtisadi zonasının önəmi qeyd edildi, Slovakiya şirkətlərinin xarici investorlar üçün burada yaradılmış əlverişli imkanlardan faydalana biləcəyi bildirildi.
Enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparıldı, Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirildi. Bu baxımdan Cənub Qaz Dəhlizinin önəmi xüsusi vurğulandı.
Görüşdə, həmçinin iki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Əli Əsədov Slovakiya Milli Şurasının sədri ilə görüşüb

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!