ilbet
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət etdi

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət etdi

Abunə Ol
Dekabr 23, 2021 15:58
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət etdi
0

BƏYƏNDİM

ABUNƏ OL

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun qızı Səbinə Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Axar.az Novator.az-a istinadla müraciətin mətnini təqdim edir:

“Çox hörmətli Birinci vitse-prezident, əziz Mehriban xanım!

Sizə və cənab Prezident İlham Əliyevə sabiq səfir, hazırda məhkəməsi gedən atam Eldar Həsənovun səhhətinin necə ağır olması barədə dəfələrlə müraciət etmişik. Artıq məhkəmə yekunlaşır. Atamın səhhəti getdikcə daha da ağırlaşır və biz onu itirməkdən çox qorxuruq.

Atam Eldar Həsənov həbs olunduğu 13 avqust 2020-ci ildən ifadə verməkdən imtina edərək həbsini qanunsuz və əsassız hesab etdiyini bildirib, vəkili vasitəsilə “həbsini anlaşılmazlıq saydığını, ölkədaxili hüquq çərçivəsində məsələnin obyektiv həllini tapacağına, cənab İlham Əliyevin ədalətinə inandığını” qeyd edib.

1 il ərzində aparılan ibtidai istintaq və artıq 4 aydır davam edən məhkəmə prosesində Eldar Həsənova verilən qondarma ittihamlar sübuta yetirilə bilmədi, əksinə, peşəkar hüquqşünas kimi həm özü, həm də vəkilləri tərəfindən sənədlərlə, arqumentlərlə, iş materiallarında olan şahid ifadələri və digər sübutlarla darmadağın edildi. Biz əminik ki, dövlət başçımız cənab İlham Əliyevə atamla bağlı yanlış məlumatlar vermiş şəxslər cinayət işinin bütünlüklə sübuta yetirilməməsi ilə bağlı əsl həqiqətləri ona məruzə etməkdən çəkinirlər.

Ən narahatlıq doğuran isə odur ki, atamın səhhəti ilə bağlı real vəziyyət düzgün qiymətləndirilmir və dövlət başçısına düzgün məlumat verilmir. Eldar Həsənov həbs olunarkən 16 dərman qəbul edirdi, hazırda bu dərmanların sayı 31-ə çatıb. Çox ağır dozalı ağrıkəsicilərdən istifadə edir. Bu il o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında cərrahi əməliyyat olunub. Həbsdə olduğu müddətdə xoşxassəli paroksizmal vertiqo xəstəliyinə tutulub. Dəfələrlə istintaq təcridxanasında və məhkəmə zalında huşunu itirib, müvazinətini itirərək yıxılıb. Atam həmçinin şəkərli diabet, yüksək təzyiq, ürək çatışmazlığı və bel-fəqərə yırtıqlarından əziyyət çəkir.

Bütün bunlara baxmayaraq artıq 4 aydır onu təcili tibbi yardım maşınının müşayiəti ilə məhkəmə zalına gətirir və tibbi yardım göstərilməklə mühakimə edirlər. Məhkəmə iclaslarında bəzən ona üç-dörd dəfə tibbi yardım göstərilir. Hətta Bakı Ağır Cinayətlər Məhkəməsində bu məqsədlə ayrıca tibb otağı ayrılıb.

67 yaşlı Eldar Həsənov ağır xəstəliklərinə rəğmən bu təzyiqlərə, mənəvi-psixoloji əziyyətlərə istər istintaq, istərsə də məhkəmədə çox təmkinli, soyuqqanlı münasibət göstərməklə əsl dövlət adamına xas xüsusiyyətləri nümayiş etdirir. Hətta özünün xeyrinə, dövlətimizin əleyhinə istifadə oluna biləcək, dövlətlərarası qalmaqallara səbəb ola biləcək bəzi məsələlərin istintaq materiallarından çıxarılmasını özü israrla xahiş edib.

Atam Eldar Həsənovun 20 illik fəaliyyəti 4 xarici ölkəni əhatə etdiyindən həmin ölkələrin prokurorluqlarında 6 aya yaxın davam edən istintaq hərəkətləri nəticəsində nə bir sənəd, nə bir sübut, nə bir imzası olan bank-maliyyə sənədi, nə də əleyhinə hər hansı bir şahid ifadəsi əldə edilib. Bunlarla bağlı bütün sənədlər Azərbaycan tərəfinə göndərilib. Bu isə atamın günahsızlığını bir daha sübuta yetirir.

Bütün bunları, atamın dövlətimiz qarşısındakı xidmətlərini, səhhətinin ağırlığını nəzərə alaraq onun azadlığa buraxılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.