Главная > Ekologiya > Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ6-12-2024, 16:30. Разместил: Rss Bot Report |
|
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Вернуться назад |