Главная > Ekologiya > Bakıda və Abşeronda külək güclənib - YENİLƏNİB
Bakıda və Abşeronda külək güclənib - YENİLƏNİB3-11-2024, 16:30. Разместил: Rss Bot Report |
|
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib. Qurumdan "Sizinxeber.az"a bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır. Noyabrın 4-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 4-ü gecəyə doğru və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir. 12:52 Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib. Qurumdan "Sizinxeber.az"a verilən məlumatda bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bundan başqa noyabrın 4-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 4-ü gecəyə doğru və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir. Вернуться назад |