Главная > Ekologiya > Günün ikinci yarısından sonra Bakıda və Abşeronda külək güclənəcək
Günün ikinci yarısından sonra Bakıda və Abşeronda külək güclənəcək3-11-2024, 13:00. Разместил: Rss Bot Report |
|
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib. Qurumdan "Report"a verilən məlumatda bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bundan başqa noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir. Вернуться назад |