Qubada yağıntının miqdarı yüksək olub, Şahdağa arabir qar yağıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Qubada yağıntının miqdarı yüksək olub, Şahdağa arabir qar yağıb - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Xidmətdən "Sizinxeber.az"a bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Qubada (Qrız) 16, Qusarda (Laza) 13, Şahdağda 10, Xınalıqda 6, Bakıda və Abşeron yarımadasında 5, Lerik, Şahbuz, Altıağac, Neftçala, Zərdab, Xaltan, Beyləqan, Kürdəmir, Şirvan, Yevlax, Göyçay, Şabran, Qobustan, Xaçmaz, Şəki, Sarıbaş (Qax), Yardımlı, Daşkəsən, Cəbrayıl və Naxçıvanda 1-4 mm-dir.

Şahdağda arabir qar yağıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 19, Naxçıvan MR-da 17, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

Bir sıra rayonlara intensiv yağış, qar yağıb – FAKTİKİ HAVA
Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Qazaxa dolu düşüb - FAKTİKİ HAVA
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər