Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım olub
sizinxeber.az xəbər saytı

Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım olub


Bölgələrdə davam edən intensiv yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım olub.

Bundan başqa, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.

Oxşar xəbərlər

İntensiv yağıntılara görə əksər çaylarda sululuq artıb
Əyriçayda suyun səviyyəsi 83 sm artıb
Zəyəmçay çayından sel keçir
Zəyəmçaydan sel keçir
Bəzi dağ çaylarından sel keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle