Abşeron Milli Parkında "Şahdili peyzajı-Təbiətdən tabloya" adlı tədbir keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
iy
2024
14:00

Abşeron Milli Parkında "Şahdili peyzajı-Təbiətdən tabloya" adlı tədbir keçirilib

25 iy, 2024
14:00
569

Abşeron Milli Parkında "Şahdili peyzajı-Təbiətdən tabloya" adlı tədbir keçirilib

"Qızıl Fırça" Bakıxanov Sənət Mərkəzinin gənc rəssamlarının iştirakı ilə Abşeron Milli Parkında "Şahdili peyzajı-Təbiətdən tabloya" adlı tədbir keçirilib.

Bu barədə "Sizinxeber.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan tədbirdə gənc fırçaçılar dənizlə qurunun birləşməsi fonunda Şahdilini və onun gün batımını əks etdirən füsunkar mənzərəsini tablolara həkk edərək ictimaiyyətin diqqətini təbiət guşələrinin qorunmasının zəruriliyinə cəlb etmək istəyib.

Tədbirin sonunda Şahdili turu iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihənin növbəti mərhələsində gənc rəssamlar tərəfindən Abşeron Milıi Parkında qum heykəltaraşlığının təqdimatı nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın