

Sankt-Peterburqda Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olunub
Sankt-Peterburq şəhərində Azərbaycan-Rusiya İşçi Qrupunun Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə dair ilk iclası, eləcə də XI Neva Beynəlxalq Ekoloji Konqresi çərçivəsində görüş və müzakirələr keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, hər iki tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılığı ilə nümayəndə heyəti təmsil edib.
İşçi Qrupun iclası 2024-cü ilin dekabrında Bakıda keçirilən nazirlərin görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq təşkil olunub.
Toplantıda tərəflər Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı birgə Proqram layihəsini, onun icra mexanizmlərini və növbəti mərhələlər üzrə fəaliyyətləri müzakirə ediblər.
Nümayəndə heyəti həmçinin XI Neva Beynəlxalq Ekoloji Konqresinin sessiyalarında iştirak edib. Konqres çərçivəsində keçirilən müzakirələrdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və transsərhəd ekoloji əməkdaşlığın inkişafı kimi aktual məsələlər diqqət mərkəzində olub.
Oxşar xəbərlər
Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Alim-okeanoloq: Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir
Xələf Xələfov: Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət üçün maliyyə dəstəyi ayrılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
