Sabah hava küləkli olacaq - XƏBƏRDARLIQ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
may
2025
13:30

Sabah hava küləkli olacaq - XƏBƏRDARLIQ

17 may, 2025
13:30
663

Sabah hava küləkli olacaq - XƏBƏRDARLIQ

Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, Lənkəranda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizimlə əlaqə saxlayın