ETSN-də Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2025
16:30

ETSN-də Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

14 may, 2025
16:30
378

ETSN-də Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda işgüzar səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının növbəti iclasının bu ilin payızında keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı sahəsində birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın