Azərbaycan QHT-ləri Ermənistanı Araz çayında ekoloji monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
apr
2025
15:30

Azərbaycan QHT-ləri Ermənistanı Araz çayında ekoloji monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırıb

10 apr, 2025
15:30
638

Azərbaycan QHT-ləri Ermənistanı Araz çayında ekoloji monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırıb

Azərbaycan QHT-ləri Ermənistanı Araz çayında ekoloji monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın rəhbəri Amin Məmmədov aprelin 10-da Bakıda Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsinə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, rəsmi Bakı illərdir Ermənistanın Araz çayını çirkləndirməsini gündəmə gətirir:

"İndiyədək Azərbaycandan başqa heç bir ölkə mövcud problemi dilə gətirməmişdi. İndi isə İran tərəfinin "Payam media" platformasında Arazın çirklənməsi ilə bağlı məlumatlar dərc olundu. Nəşrdə qeyd edilib ki, çayın çirkli suyundan istifadə insanların mədə-bağırsaq xəstəliklərinin və xərçəngin yaranmasına səbəb olur".

A.Məmmədov bildirib ki, Ermənistanın özündə belə vətəndaş cəmiyyətləri bu məsələ ilə bağlı mövqelərini açıqlayıblar: 

"Onlar mövcud problemə görə tənqidi fikirlər səsləndirdiklərindən Ermənistan hökuməti tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalıblar. Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər də iştirak etməlidirlər".

Bizimlə əlaqə saxlayın