Sabah Azərbaycanda 20 dərəcə isti olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
mar
2025
12:30

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

08 mar, 2025
12:30
649

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Sabah ölkə ərazisində 15-20 dərəcə isti olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Bizimlə əlaqə saxlayın