Sabirabadda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
mar
2025
21:30

Sabirabadda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

05 mar, 2025
21:30
681

Sabirabadda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Sabirabadda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun rayonun Nizami kəndinin ərazisindən keçən hissəsində, eləcə də Sabirabad-Cavad-Zəngənə kəndlərarası avtomobil yolunun kənarında aksiya çərçivəsində 3 300 ədəddən çox oleyandr və Eldar şamı əkilib.

Bundan sonra da rayon ərazisində mütəmadi olaraq ağac və dekorativ kolların əkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, təkçə ötən il rayonda 21 200 ədəd ağac və dekorativ kollar əkilib, yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Bizimlə əlaqə saxlayın