Gecə bəzi ərazilərə qar yağıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
mar
2025
10:00

Gecə bəzi ərazilərə qar yağıb

04 mar, 2025
10:00
556

Gecə bəzi ərazilərə qar yağıb

Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə bəzi dağlıq ərazilərə (Daşkəsən, Gədəbəy) qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Kəlbəcər və Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şəkidə 15 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

Bizimlə əlaqə saxlayın