04
fev
2025
16:30

yuxarı
Küləyin sürəti artıb - XƏBƏRDARLIQ

Küləyin sürəti artıb - XƏBƏRDARLIQ
Saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi rayonlarda cənub-qərb küləyi əsir.
"Report"a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,küləyin sürəti arabir Qobustanda 20 m/s, Kəlbəcərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.