ETSN-də kollegiya iclası keçirilib, yeni planların icrası ilə bağlı tapşırıqlar verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
yan
2025
21:00

ETSN-də kollegiya iclası keçirilib, yeni planların icrası ilə bağlı tapşırıqlar verilib

31 yan, 2025
21:00
737

ETSN-də kollegiya iclası keçirilib, yeni planların icrası ilə bağlı tapşırıqlar verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə "Sizinxeber.az"a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, iclasda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülən işlər barədə hesabat verilib, yeni il üçün prioritetlər müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər nazirinin, həmçinin Nazirliyin struktur bölmələri və tabeli qurumlarının rəhbərlərinin “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən tədbirlər, ilin yekunları, rəqəmsal transformasiya sahəsində görülmüş işlər, ölkə ərazisində hidrometeoroloji şəbəkənin modernləşdirilməsi vəziyyəti, aparılan meşəbərpa tədbirləri, sürüşmə sahələrində ekzogen geoloji proseslərin inkişaf dinamikası və eyni zamanda digər sahələr üzrə hesabatları dinlənilib.

2025-ci ildə ölkədə keçirilməsi planlaşdırılan beynəlxalq və yerli tədbirlərə hazırlıqla bağlı müzakirələr aparılıb.

Yekunda Nazirliyin struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinə yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın