Muxtar Babayev Yevlax və Ağdaşda meşəbərpa tədbirlərində iştirak edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
yan
2025
11:30

Muxtar Babayev Yevlax və Ağdaşda meşəbərpa tədbirlərində iştirak edib

31 yan, 2025
11:30
743

Muxtar Babayev Yevlax və Ağdaşda meşəbərpa tədbirlərində iştirak edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yevlax və Ağdaşda keçirilən meşəbərpa tədbirlərində iştirak edib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, meşəbərpa tədbirlərində eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları da iştirak edib.

Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında keçirilib.

Nazir Yevlax rayonunun əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində keçirilən meşəbərpa tədbirində və Ağdaşda ağacəkmə aksiyasında iştirak edib.

Bizimlə əlaqə saxlayın