Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
yan
2025
11:30

Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

12 yan, 2025
11:30
862

Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

Yanvarın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Qərb küləyi əsib, arabir Qobustanda 16 metr/saniyəyədək güclənib.

Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bizimlə əlaqə saxlayın