“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Oğuzda 10 300 ədəd ağac əkilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
dek
2024
19:00

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Oğuzda 10 300 ədəd ağac əkilib

30 dek, 2024
19:00
727

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Oğuzda 10 300 ədəd ağac əkilib

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Oğuz rayonunda ağacəkmə aksiyaları davam edir.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, aksiya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ərəfəsində keçirilib.

Belə ki, cari il ərzində rayonun ayrı-ayrı ərazilərində ümumilikdə 10 300 ədəd ağac əkilib.

Bu ağaclardan 4 minə yaxını iynəyarpaqlı, qalanı isə meyvə ağacları olub.

Bizimlə əlaqə saxlayın