Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
dek
2024
18:00

Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

26 dek, 2024
18:00
791

Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Dekabrın 27-si axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 29-u səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Bizimlə əlaqə saxlayın